Bolqarıstan çempionatında 9-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Cəlal Hüseynovun formasını geydiyi “Arda” öz meydanında "Çerno More" ilə qarşılaşıb. Start heyətdə meydana çıxan Cəlal sona qədər oynayıb.
Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 9 oyundan 9 xal toplayan “Arda” 16 komanda arasında 11-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi