AZ

Sitalçayda avtomobil beton arakəsməyə çırpılıb

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun əldə etdiyi məlumata görə, qəza Xızı rayonunun Sitalçay kəndi ərazisində qeydə alınıb.

Belə ki, idarə etdiyi avtomobilin sükanına nəzarəti itirən 26 yaşlı Cəmil Hacıəliyev maşını yoldan çıxarıb və beton arakəsməyə çırpıb.

Sürücü ağır xəsarətlərlə xəstəxanaya aparılsa da, həyatını itirib. Onun meyiti müvafiq ekspertizaya təqdim edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
23
3
cebheinfo.az

4Mənbələr