"Sərhədçi" klubu heyətinə yeni basketbolçu cəlb edib.
Bizim.Media xəbər verir ki, onlar ABŞ-dən olan Kameron Uilbonla anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, 1,96 m boya malik Kameron Uilbonun son klubu "CSU Bakersfild" olub.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta