AZ

Abbas Əraqçi: “Bu ölkələr Tehranla ya qarşıdurma, ya da əməkdaşlıq yolunu seçməlidirlər“

Moderator.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Aİ-3 ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) İranla ya qarşıdurma, ya da əməkdaşlıq yolunu seçməlidir.

Moderator.az xəbər verir ki, bunu İslam respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.

"Mən Nyu-Yorka səfərim zamanı Avropanın xarici işlər nazirlərinin əksəriyyəti ilə görüşəcəyəm. İndi bütün tərəflər əməkdaşlıq və ya qarşıdurmanı seçmək barədə qərar verməlidir", - o, Nyu Yorka gəldikdən sonra İranın dövlət televiziyasına müsahibəsində deyib.

"Nüvə böhranının həlli yalnız diplomatik yolla mümkündür. Ümid edirəm ki, yaxın günlərdə məsləhətləşmələr yolu ilə buna nail ola bilərik. Əks halda, İran İslam Respublikası lazımi tədbirləri görəcək", - Əraqçi əlavə edib.

O bildirib ki, İran böhranı diplomatik yolla həll etməyə hazırdır.

Avqustun 28-də Böyük Britaniya, Almaniya və Fransa BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaların bərpası mexanizminin təşəbbüskarı olub. Cümə günü Şura İrana qarşı sanksiyaların yenidən tətbiq edilməməsinə dair qətnaməni rədd edib. Rusiya, Çin, Əlcəzair və Pakistan qətnamənin lehinə səs verib. Təhlükəsizlik Şurasının doqquz üzvü (ABŞ, Böyük Britaniya və Fransa daxil olmaqla) əleyhinə səs verib, ikisi isə bitərəf qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
2
moderator.az

3Mənbələr