AZ

Bakı-Quba yolunda ağır qəza - Ölən var

Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xızı rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, idarəetməni itirən avtomobil beton maneəyə çırpılıb.

Nəticədə sürücü 26 yaşlı Cəmil Hacıəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qəza nəticəsində magistralda qısa müddətli tıxac yaranıb, artıq avtomobillərin hərəkəti tam bərpa edilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Seçilən
74
4
news24.az

5Mənbələr