AZ

Türkiyədə yük maşını aşıb: 2 nəfər ölüb, 8 nəfər yaralanıb

Qaziantepdə yük maşınının təkərinin partlamasından sonra aşması nəticəsində 2 əcnəbi vətəndaş həyatını itirib, 8 nəfər isə yaralanıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, yük maşını Qaziantep-Şanlıurfa magistral yolu ilə hərəkətdə olarkən Nizip rayonu Akçakent məhəlləsi yaxınlığında təkər partlayıb və maşın idarəetmədən çıxıb.

Xəbər alındıqdan sonra hadisə yerinə jandarma və tibb işçiləri göndərilib.

Avtomobildə olan Suriya əsilli Curiye Uqlan və şəxsiyyəti hələlik məlum olmayan əcnəbi qadın hadisə yerində ölüb.

Xəsarət alan 8 nəfər 112 Təcili Tibbi Yardım tərəfindən Nizip Dövlət Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin yaxşı olduğu bildirilir.

QAZİLER.AZ

Seçilən
20
qaziler.az

1Mənbələr