AZ

Azərbaycan Rusiya ilə neft ticarətini dayandırmaq istəyir...

Adnan Əhmədzadənin həbsi beynəlxalq reputasiya ilə bağlı addım kimi qiymətləndirilir...

Poliqon xəbər verir ki, The Maltese Herald nəşri Azərbaycanın Rusiya nefti ilə ticarəti dayandırmaq niyyətində olduğunu yazıb. Nəşrin məlumatına görə, bu mövzu ilə bağlı Bakıda neft sektorundakı mənbələr açıqlama veriblər. Onların sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yüksək vəzifəli şəxslərindən biri olan Adnan Əhmədzadənin həbsi ölkənin beynəlxalq reputasiyasını bərpa etmək cəhdləri ilə bağlıdır.

Mənbələr bildiriblər ki, bu addımlar həm də ABŞ prezidenti Donald Trampın Avropa ölkələrinə Rusiya neftindən imtina etməklə bağlı səsləndirdiyi son çağırışlara cavab xarakteri daşıya bilər.

Jurnalın yazdığına görə, Adnan Əhmədzadə hazırda Avropa İttifaqı və Böyük Britaniya tərəfindən araşdırılan Alkagesta şirkəti ilə əlaqəli olmaqda şübhəli bilinir. Sözügedən şirkət Avropada Rusiya neftinin gizli ticarətində iştirak etməkdə ittiham olunur.

Analitiklər hesab edirlər ki, Azərbaycan hökumətinin bu istiqamətdə atdığı addımlar həm beynəlxalq enerji bazarında imicini gücləndirməyə, həm də Qərblə strateji əməkdaşlığını möhkəmləndirməyə xidmət edə bilər.

Poliqon.info

Seçilən
10
1
poliqon.info

2Mənbələr