“Türkiyə atəşkəsin təmin edilməsi və Qəzzaya humanitar yardımın fasiləsiz şəkildə çatdırılması üçün səylərini davam etdirir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğamn ABŞ-nin “Newsweek” nəşrinə bildirib.
"Ədalətli bir dünya yalnız o zaman mümkün olacaq ki, fələstinli xalq 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olan, ərazi bütövlüyünə malik müstəqil dövlətə sahib olsun. Bu, Yaxın Şərqdə davamlı sülh və sabitlik üçün həyati əhəmiyyət daşıyır. Bizim dünya xalqlarına çağırışımız budur: Fələstin dövlətini tanıyın", – deyə Türkiyə lideri vurğulayıb. \\Bizim.Media