AZ

“Maklaren”in bir gözü güləcək, o biri gözü ağlayacaq...

ain.az bildirir, Footbal-plus portalına istinadən.

Avstraliyalı pilot Oskar Piastri artıq “Maklaren”də mövsümün sonunda komandanın bir pilotunun uğurunun o biri üçün qaçılmaz məğlubiyyət ilə şərtlənəcəyi durumun müzakirə olunduğunu deyib. Piastri və britaniyalı Lando Norris “Maklaren”də komanda yoldaşıdı. İş ondadı ki, “Formula-1” üzrə dünya çempionatında 16 mərhələdən sonra avstraliyalı 324 xall turnir cədvəlinə başçılıq edir. Piastridən 31 xal geri qalan Norris isə ikincidi. Piastrinin bununa bağlı “RacingNews365” nəşrinə açıqlaması:

“Bununla bağlı bir qədər danışmışıq. Ancaq düşünmürəm ki, bu mövzu ən vacib məsələlər sırasına daxildi. Biz, sadəcə, nə istədiyimizi anlamağa çalışırıq. İkimizdən biri üçün möhtəşəm uğur olacaq, o biri üçün ağrı. Komandanın və Zak Braunun məsələyə çox həssas yanaşması xoşuma gəlir. Odu ki, bununla bağlı söhbətimiz olub. Ancaq daha nələrisə müzakirə etməyə ehtiyac olduğunu düşünmürəm”.

Xatırladaq ki, dünya çempionatının növbəti mərhələsi həftəsonu Bakıda keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
1
icma.az

2Mənbələr