AZ

ABŞ Qazaxıstanla 4,2 milyard dollarlıq müqavilə imzaladı

Amerikanın “Wabtec” şirkəti Qazaxıstana 4,2 milyard dollar dəyərində 300 lokomotiv tədarük edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.

Sənəd Tokayevin ABŞ-a işgüzar səfəri zamanı ABŞ-nin ticarət naziri Hovard Latnikin iştirakı ilə imzalanıb. Latnik bu sövdələşməni "tarixin ən böyük lokomotiv sövdələşməsi" adlandıb. Qeyd edib ki, lokomotivlər Avropa və Asiyada nəqliyyat şəbəkələrinin inkişafına töhfə verəcək.

Astanada “Wabtec” zavodu 2009-cu ildən fəaliyyət göstərir və şirkət ölkəyə 230 milyon dollar sərmayə qoyub. Lokomotivlərin hissələrinin ABŞ-dən tədarük edilərək Qazaxıstandakı zavodda yığılacağı bildirilir.

Seçilən
2
1
teleqraf.com

2Mənbələr