AZ

Niqab altında botoks: Əfqanıstanda estetik əməliyyatlara böyük maraq

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Əfqanıstanda Taliban hakimiyyəti insan hüquqlarını ciddi şəkildə pozur və ölkə olduqda kasıb vəziyyətdədir. Lakin Əfqanıstanın paytaxtı Kabildə estetik əməliyyatlara böyük maraq var. 

Qaynarinfo "Milliyet"ə istinadən xəbər verir ki, saxta kristal asma lampalar və məxmər divanlarla döşənmiş bu klinikalar botoks, dodaq doldurma və saç əkimi kimi xidmətlər göstərən, Talibanın sıx rejimindən uzaq bir dünyaya bənzəyir. Kasıblığa baxmayaraq, Kabildə təxminən 20-yə yaxın estetik cərrahiyyə klinikası var.

Türkiyədən həkimlər əfqan həkimlərə təlim vermək üçün Kabilə gedir, əfqanlar İstanbulda təcrübə keçir, avadanlıqlar isə Asiya və ya Avropadan gətirilir. Gözləmə otaqlarındaki müştərilər ümumiyyətlə varlı şəxslərdən ibarətdir, onların arasında saçları seyrəlmiş kişilər də var. Lakin əksəriyyəti, bəzən ağır makiyajlı və başdan-ayağa örtülmüş, bədənini tamamilə örtən bir burqa geyinmiş qadınlardan təşkil olunub.

Əfqanıstanda qadın olmaq stressindən dərinin sallandığını düşünən Silsila Hamidi (25 yaş) ikinci dəfə üz gərmə əməliyyatı üçün cərrah bıçağı altına uzanarkən "Başqaları niqab üzündən bizi görməsə də, biz özümüzü görürük. Güzgüdə gözəl görünmək bizə enerji verir" deyib.

Kabildə Taliban üzvlərinin də saç və saqqal əkdirilməsi üçün klinikalara müraciət etdiyi bildirilir. "Negin Asiya" klinikasının meneceri Sajed Zadran deyib: "Əfqanıstanda saç və ya saqqalın olmaması zəiflik əlaməti hesab olunur".

İkinci mərkəzini açmağa hazırlaşan "EuroAsia" klinikasının direktoru Bilal Han isə Talibanın kişilərə ən azı bir yumruq uzunluğunda saqqal buraxmaq barədə əmrindən sonra saqqal əkdirilməsinin dəb halına gəldiyini bildirib. 

Klinikalarda botoks 43-87 dollar, saç əkimi isə 260-509 dollar arası qiymətləndirilir.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
qaynarinfo.az

1Mənbələr