AZ

Dünyanın yəhudi qurumları Azərbaycanın qələbəsinin 2- ci ildönümünü təbrik etdilər....


Amerika və İsraildən bir neçə Yəhudi qurumları və Lobbi təşkilatları birgə kollektiv olaraq Azərbaycanın Dövlət Suverenliyi Günü və erməni terrorçularına qarşı anti-terror əməliyyatı nəticəsində əldə olunan şanlı Qələbənin 2-ci illiyi münasibətilə Azərbaycan xalqını təbrik edərək ölkəmizə yüksək dəstək ifadə ediblər.

Təbrikdə deyilir:

2 il öncə 2023-cü ilin sentyabrın 19-dan 20-nə keçən keçən gecə qəhrəman Azərbaycan ordusu erməni terrorçularının təxribat-diversiya hərəkətlərinə və bölgədə terror ocağı yaratmalarına cavab olaraq başlatdığı 23 saatlıq lokal anti-terror əməliyyatı nəticəsində erməni separatçıları və terrorçularının nəzarətində olan Xankəndi və digər ərazilərin işğaldan azad edilməsi, erməni işğalçılarının və terrorçularının zərərsizləşdirilməsi və cinayət yolu ilə və məhz işğal nəticəsində yaradılmış qondarma və qanunsuz separatçı rejimmin məhv edilməsi və özünü buraxmasınəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildi. Bu qələbə Azərbaycan tarixində son 200 ilin ən yüksək qələbəsi idi və Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa edilməsi və suverenliyinin təmin edilməsi idi. Həmin şanlı qələbədən və o sevincli qələbə və zəfər günündən 2 il ötür. Azərbaycan xalqı hər zaman Yəhudi xalqı ilə dost və qardaş xalq olub. Hər iki dost və qardaş xalq tarixin bütün çətinliklərinə birgə sinə gərib və Azərbaycanın düşmənlərə qarşı birgə mübarizə aparıblar. Azəbaycanın sevinci də, kədəri də bizim sevincimiz və kədərimizdir. Azərbaycanın qələbəsi də bizim qələbəmizdir.

Dost və qardaş Azərbaycan xalqını və dövlətini separatçılar üzərindəki şanlı qələbənin və Dövlət Suverenliyinin bərpasının 2-ci illiyi münasibətilə təbrik edir, doğma Azərbaycan xalqına hər zaman şanlı zəfər, qələbələr, sülh, əmin-amanlıq və firəvanlıq arzu edirik. Hər zaman dost və qardaş Azərbaycanın yanında olduğumuzu bildirir, doğma Azərbaycan xalqına və dövlətinə öz dəstəyimizi ifadə edirik. Azərbaycana ancaq qələbə yaraşır.

Dövlət Suverenliyi Gününüz mübarək olsun əziz və doğma Azərbaycan xalqı.

Hörmətlə,

Amerikadakı Azərbaycan Yəhudi icması,

ABŞ-dakı Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi,

"İsraildə Azərbaycan Evi" Diaspor Təşkilatı,

İsraildəki Dağ Yəhudilərinin Koordinasiya Şurası,

İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz və MDB ölkələri üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi,

Dünya və Avropa Krav Maqa Federasiyalarının Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi,

İsraildəki Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi,

Təl-Əviv şəhəri Dağ Yəhudiləri Diaspora İcması.

Akko şəhəri Dağ Yəhudiləri Dini İcması,

Kiryat-Byalik şəhəri Dağ Yəhudiləri Diaspora İcması,

Pardes-Xana şəhəri Dağ Yəhudiləri Diaspora İcması.

Ramle şəhəri Dağ Yəhudiləri Diaspora İcması.

Petax Tikva şəhəri Dağ Yəhudiləri Diaspora İcması.

Hayfa şəhəri Dağ Yəhudiləri Diaspora İcması.

Netanya şəhəri Dağ Yəhudiləri Diaspora İcması.

Seçilən
5
2
baki-xeber.com

3Mənbələr