AZ

“Bank of Baku”dan növbəti BİABIRÇILIQ 3100 manata görə qazinin anasını ...

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Bank of Baku” iki il öncə dəm qazından boğularaq dünyasını dəyişən 44 günlük Vətən Müharibəsi qazisi Səbuhi Məmmədovun ailəsini kredit borcuna görə məhkəməyə verib. İlk məhkəmə sentyabrın 1-də Şirvan Şəhər Məhkəməsində keçirilib. Digər məhkəmə isə bu gün - sentyabrın 22-də Şirvan Şəhər Məhkəməsində baş tutub.  

Avtosfer.az-ın məlumatına görə, mərhum qazinin anası Sevinc Məmmədova "Bizim.Media"ya açıqlamasında bildirib ki, məhkəmə prosesi oktyabrın 13-nə təxirə salınıb:

“Məhkəmə 10-15 dəqiqə çəkdi. Bankdan yalnız bir əməkdaş gəlmişdi. O da bildirdi ki, baş ofisə gəlməlisiniz. Mənə dedi ki, baş ofisdə danışıb 3 100 manatlıq borcu yarıya endirmək olar. 1 400 manatı mən, qalanını bankın ödəyə biləcəyini söylədi. Hakim də dedi ki, soyub-soyuq niyə quyruğunda bulandırırsınız. Yəni, bunu ödəyirsiniz, tam ödəyin. Mən 500 manat əmək haqqı ilə bu krediti necə ödəyə bilərəm? Bilirsiniz, onlar əslində baş ofisə çağırmaqla məsələni uzadırlar. Bunun başqa açıqlaması yoxdur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
avtosfer.az

2Mənbələr