Turkstan.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya 2026-cı ildə müddəti başa çatan Yeni START Müqaviləsinə daha bir il riayət etməyə hazırdır.
Turkustan.az xəbər verir ki, Kreml tərəfindən yayılan açıqlamaya görə, Putin bu barədə Rusiya Təhlükəsizlik Şurasının iclasında danışıb. O, Qərb ölkələrinin “dağıdıcı addımları” səbəbindən nüvə silahlarına nəzarət üzrə əməkdaşlığın sarsıldığını və strateji sabitliyin ciddi şəkildə pozulduğunu vurğulayıb.
Putin bildirib ki, Rusiya vəziyyəti sabitləşdirmək üçün bir sıra təkliflər irəli sürsə də, bu təşəbbüslərə cavab verilməyib. O əlavə edib:
“Rusiya istənilən təhlükəyə hərbi və texniki vasitələrlə cavab verməyə qadirdir. Bundan heç kimin şübhəsi olmasın.”
Bundan əlavə, Putin Rusiya tərəfindən orta və yaxın mənzilli raketlərin yerləşdirilməsinə qoyulan moratoriumun ləğv edildiyini açıqlayıb. Bu qərarın, ABŞ və müttəfiqlərinin həmin silahları Avropa və Asiya-Sakit okean regionlarında yerləşdirmə planlarına cavab olaraq verildiyi bildirilib.
Sonda Rusiya lideri vurğulayıb ki, Moskva silahlanma yarışının tərəfdarı deyil və beynəlxalq sülhün siyasi-diplomatik yollarla qorunmasına üstünlük verir.
Aytən Yaşar/ Turkustan.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.