AZ

Kubanda sərnişin qatarı yanıb - VİDEO

Krasnodar diyarının Kanevski rayonunda, Novominskaya və Staroderevyankovskaya kəndləri arasında 1486-cı kilometrdə Krasnodar-1 – Novominskaya elektrik qatarı yanıb.

Qaziler.az bildirir ki, bu barədə Rusiya Regional Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən sentyabrın 22-də verilən məlumata görə, yanğın söndürülüb.

"“Son üç vaqon yanıb, yanğın sahəsi 200 kvadratmetr olub. Sərnişinlər təxliyə edilib. Onlar rayon administrasiyasının avtobusu ilə Novominskaya dəmiryol vağzalına aparılıb", - idarənin Teleqram kanalında bildirib.

Yanğın Moskva vaxtı ilə saat 15:27-də söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə yerində Rusiya Fövqəladə Hallar Nazirliyinin 18 əməkdaşı və 6 texnikası olub.

Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsinin məlumatına görə, ilkin məlumatlara görə, qatardakı yanğına qısaqapanma səbəb olub və müstəntiqlər araşdırma aparır.

QAZİLER.AZ

 

 

Seçilən
18
qaziler.az

1Mənbələr