AZ

Ceyhun Bayramov rumıniyalı həmkarı ilə görüşüb

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT BaşAssambleyasının 80-ci sessiyası çərçivəsində Rumıniyanın xariciişlər naziri Oana Toiu ilə görüşüb.

Trend-inAzərbaycanın Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumatagörə, tərəflər enerji təhlükəsizliyi, iqtisadiyyatınşaxələndirilməsi, təhsil, kənd təsərrüfatı və turizm sahələrindəperspektivləri vurğulayaraq, iqtisadi və ticarət əməkdaşlığıngenişləndirilməsinin vacibliyini vurğulayıblar.

Həmçinin, birgə yaşıl enerji layihələri və Orta Dəhlizçərçivəsində əməkdaşlığın gücləndirilməsinin strateji faydalarımüzakirə edilib.

C.Bayramov həmkarına regiondakı münaqişədən sonrakı vəziyyət vəErmənistanla münasibətlərin normallaşdırılması prosesi barədə dəməlumat verib.

Məqalədə:
Seçilən
3
4
az.trend.az

8Mənbələr