Bu gün Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa işləri həyata keçirir və həmin ərazilərdə 12 şəhərin baş planı hazırlanıb.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, onlardan 8-i artıq müasir şəhərsalma və ekoloji prinsiplərlə tamamlanıb, 90 kənd və qəsəbə planlaşdırılıb: “İndiyədək 28 yaşayış məntəqəsinə, o cümlədən 6 şəhərə keçmiş məcburi köçkünlər geri qayıdıb. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, işləyir və təhsil alır”.
A.Quliyev qeyd edib ki, son 4 ildə üç beynəlxalq hava limanı, 4 min kilometr yol və avtomagistral, yeni dəmir yolu infrastrukturu, yaşayış binaları, səhiyyə müəssisələri və təhsil ocaqları inşa olunub: “Azad edilmiş ərazilərin böyük bərpa olunan enerji potensialı var və bu ərazilər rəsmi olaraq “Yaşıl Enerji Zonası” elan edilib”.