GƏNCƏ, 22 sentyabr. TELEQRAF
Gəncə şəhər sakini kəsici alətdən xəsarət alıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1990-cı il təvəllüdlü Səbuhi Quliyev bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Əməliyyat edilən 35 yaşlı şəxsin vəziyyəti orta-ağırdır.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.