AZ

Avtobus müsabiqələrinin qalibləri müəyyən edilib

ain.az, Metbuat saytına istinadən bildirir.

Azərbaycanda 18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Bərdə, Bakı-Mingəçevir, Bakı-Şəki, Bərdə-Gəncə, Göyçay-Mingəçevir, Oğuz-Gəncə, Oğuz-Mingəçevir, Gəncə (avtovağzal) – Kür qəsəbəsi (Şəmkir), Nizami kəndi (Goranboy) – Gəncə (avtovağzal), Əhmədabad kəndi (Goranboy) – Gəncə (avtovağzal), Sarıqaya kəndi (Samux) – Gəncə (Dəmiryol vağzalı), Hacıməlik kəndi (Göygöl) – Gəncə (N.Nərimanov küçəsi), Suduroba kəndi – Qusar avtovağzalı, Hil kəndi – Qusar avtovağzalı, Xürəl kəndi – Qusar avtovağzalı və Cibir kəndi – Qusar avtovağzalı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi) marşrutları üzrə hüquqi şəxslər "Xoşqədəmli" MMC və "Uğurlu yol" MMC, Bakı-Bərdə və Bakı-Mingəçevir marşrutları üzrə hüquqi şəxs "BakuBus" MMC, Bakı-Şəki marşrutu üzrə hüquqi şəxs "Xan Sarayı" MMC, Bərdə-Gəncə marşrutu üzrə fiziki şəxs Məmmədov Feruz Məlik oğlu, Göyçay-Mingəçevir marşrutu üzrə fiziki şəxs Nəsirov Əhəd Oruc oğlu, Oğuz-Gəncə marşrutu üzrə fiziki şəxs Əhmədov Rəhim Əmralı oğlu, Oğuz-Mingəçevir marşrutu üzrə hüquqi şəxs "ALS Logistics Center" MMC, Gəncə (avtovağzal) – Kür qəsəbəsi (Şəmkir) marşrutu üzrə fiziki şəxs Əliyev Məqsəd İbrahim oğlu, Nizami kəndi (Goranboy) – Gəncə (avtovağzal) və Hacıməlik kəndi (Göygöl) – Gəncə (N.Nərimanov küçəsi) marşrutları üzrə hüquqi şəxs "Kamil Avtonəqliyyat" MMC, Əhmədabad kəndi (Goranboy) – Gəncə (avtovağzal) marşrutu üzrə hüquqi şəxs "Simurq-avto" MMC, Sarıqaya kəndi (Samux) – Gəncə (Dəmiryol vağzalı) marşrutu üzrə fiziki şəxs Osmanov Fərid Qələndər oğlu, Suduroba kəndi-Qusar avtovağzalı, Hil kəndi-Qusar avtovağzalı, Xürəl kəndi-Qusar avtovağzalı və Cibir kəndi-Qusar avtovağzalı marşrutları üzrə hüquqi şəxs "Logistics and Transport Services" MMC qalib elan olunublar.

Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
12
metbuat.az

10Mənbələr