AZ

“İnter” prezidenti: Milan ÇL finalını qəbul edə bilmir

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Milan “İnter”inin prezidenti Cüzeppe Marotta “San-Siro” stadionunun köhnəldiyini və təcili yenisi ilə əvəzlənməsinin vacibliyini bildirib.

İdman.biz xəbər verir ki, o, stadionun artıq Çempionlar Liqasının finalı və 2032-ci il Avropa çempionatı kimi yarışlara ev sahibliyi edə bilməyəcəyini vurğulayıb.

Marotta yeni arenanın “San-Siro”ya yaxın ərazidə tikiləcəyini, maliyyələşmənin hər iki klub – “Milan” və “İnter” tərəfindən qarşılanacağını deyib. Onun sözlərinə görə, layihə şəhərə infrastruktur, turizm və iş yerləri baxımından böyük fayda gətirəcək.

Prezident əlavə edib ki, İtaliyada stadionların yenilənməsi Avropadan geri qalır və bu da klubların rəqabət qabiliyyətinə mənfi təsir edir.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
icma.az

2Mənbələr