AZ

BMT-nin növbəti Baş katibiilk dəfə qadın ola bilər

Ajans.az xəbər verir ki,bu barədə Bloomberg agentliyi məlumat yayıb. Bildirilir ki, mümkün namizədlər arasında Yeni Zelandiyanın keçmiş Baş naziri Casinda Ardern də yer alır. Hazırda Birləşmiş Millətlər Təşkilatına rəhbərlik etmiş doqquz Baş katibin hamısı kişi olub. Lakin son illər qadın liderlərin təşkilatın rəhbərliyində təmsil olunması ilə bağlı çağırışlar artmaqdadır. Bloomberg-in yazdığına görə, bu ay qəbul olunan yeni qətnamə BMT üzv dövlətlərini qadın namizədləri "ciddi şəkildə nəzərə almağa" çağırır. Bloomberg-in ehtimallarına əsasən, BMT Baş katibliyinə əsas qadın namizədlər sırasında:
  • Casinda Ardern – Yeni Zelandiyanın keçmiş Baş naziri
  • Mia Mottli – Barbadosun hazırkı Baş naziri
  • Mişel Baçelet – BMT-nin keçmiş İnsan Haqları üzrə Komissarı
  • Əminə Məhəmməd – BMT Baş katibinin müavini yer alır.
Agentlik qeyd edir ki, ABŞ öz strateji maraqlarına cavab verən namizədi dəstəkləməyə üstünlük verəcək. Bu kontekstdə MAQATE-nin baş direktoru Rafael Qrossinin namizədliyinin irəli sürülə biləcəyi ehtimal olunur. Onun İranın nüvə proqramı, DEI təşəbbüsləri və Dayanıqlı İnkişaf Məqsədləri sahəsindəki fəaliyyəti ABŞ-ın diqqətini çəkə bilər. Bloomberg-in təhlilinə görə, BMT-nin növbəti Baş katibi üçün siyasi və maliyyə riskləri əvvəlkindən daha yüksək ola bilər. Buna səbəb kimi Ukrayna və Qəzzada davam edən münaqişələr, habelə Donald Tramp administrasiyasının potensial geri qayıdışı fonunda BMT-nin maliyyə dəstəyini itirmək riski göstərilir.

 

Seçilən
7
Ajans.az

1Mənbələr