AZ

"Huawei" ilk hibrid yeni avtomobilini təqdim edib  

Çinin "Huawei" şirkəti tarixində ilk universal avtomobilinin satışına başlayıb. "Stelato S9T"nin  qiyməti 74 min manatdan başlayır.

Avtomobilin ölçüləri 5160 x 2005 x 1492 mm-dir, təkər bazası isə 3050 mm-dir. Nəqliyyat vasitəsi standart komplektasiyada 20 düymlük təkər diskləri ilə təchiz olunub, 21 düymlük disklər isə əlavə seçim kimi təklif olunur.

Avtomobilin əsas xüsusiyyətləri arxaya doğru meyilli dam xətti və gizli qapı tutacaqlarıdır. Hibrid versiyanın gücü 469 at gücüdür. Müvafiq olaraq 308 və ya 523 at gücü gücündə iki elektrik versiyası da mövcuddur.

Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

Seçilən
15
2
azerbaijan-news.az

5Mənbələr