AZ

EBRD Azərbaycanda islahatların katalizatoru olmağa köklənib

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanla əməkdaşlığı gücləndirib iqtisadiyyatın diversifikasiyasını və özəl sektorun inkişafını dəstəkləmək niyyətindədir.

Bunu EBRD-nin Qafqaz üzrə regional direktoru Alkis Vrienios Drakinos Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) bildirib.

Onun sözlərinə görə, təmsil etdiyi Bank 1990-cı illərdən bəri Azərbaycana investisiya yatırır, özəl sektorun inkişafına kömək edir və dövlət qurumları ilə əməkdaşlıq edir.

"Biz bununla 30 ildən çoxdur ki, məşğuluq və əhəmiyyətli investisiya vəsaitlərinə nail olmuşuq. İndi dəyişən mühit şəraitində, biz Azərbaycan hökuməti ilə səylərimizi birləşdirmək, ölkəni iqtisadiyyatın diversifikasiyasında dəstəkləmək istəyirik. EBRD lazım olduqda maliyyələşdirmə, məsləhət və texniki bacarıqlar təqdim etməyə hazırdır", - A.Drakinos qeyd edib.

O, sənayeləşmənin və diversifikasiyanın Azərbaycanın gələcək inkişafının əsas elementləri olduğunu vurğulayıb: "Maliyyələşdirməyə çıxışa xüsusi diqqət yetirilməlidir. Vəsaitlərin şirkətlərə, yoxsa dövlət sektoruna yönəldilməsini anlamaq vacibdir. Azərbaycanın gələcəyi üçün iqtisadiyyatın rəqabətqabiliyyətli qalması mühüm amildir. Biz kadrların yenidən hazırlanması, texnologiyalara investisiyalar, insan kapitalından istifadə və süni intellekt də daxil olmaqla rəqəmsal iqtisadiyyatın inkişafında perspektivlər görürük".

A.Drakinosun sözlərinə görə, nəqliyyat sektoru və Orta Dəhlizin həyata keçirilməsi, eləcə də maliyyələşməyə çıxış imkanlarının artırılması baxımından rəqəmsallaşma xüsusi rol oynayır.

"Bu vəzifələri təkbaşına həll etmək mümkün deyil. Dövlət, biznes və islahatların katalizatoru kimi çıxış edən beynəlxalq maliyyə institutları arasında sinerji lazımdır. Azərbaycan hökuməti ilə çox yaxşı münasibətlərimiz var. Biz iqtisadiyyatı dəstəkləmək üçün əməkdaşlığı davam etdirməyi planlaşdırırıq", - EBRD-nin regional direktoru vurğulayıb.//Report

Seçilən
2
1
musavat.com

2Mənbələr