AZ

“Qızıl top”un tarixindən əsas məqamlar Mükafat bir dəfə oğurlanıb

ain.az, Idman.biz saytına istinadən bildirir.

Bu gün futbol dünyasının ən nüfuzlu mükafatı – “Qızıl top”un 69-cu təqdimat mərasimi keçiriləcək. Proqnozlara görə, trofey uğrunda Usman Dembel, Rafinya və Lamin Yamal mübarizə aparacaq.

İdman.biz cempionat.com-a istinadən xəbər verir ki, mükafatın hazırlanması təxminən 6 ay və 100 saat iş tələb edir.

Onun istehsalı ilə Fransanın qədim zərgər evi Mellerio dits Meller məşğul olur. Əvvəlcə iki mis yarımkürəsi qaynaqlanır, sonra futbol topunu xatırladan 32 panel əlavə olunur, cilalanır, qalibin adı həkk olunur və sonda qızıl örtük vurulur. Hazır trofeyin çəkisi 15 kiloqramdır.

“Qızıl top”un daşınması isə məşhur Louis Vuitton şirkətinə həvalə olunub. Hər mərasim üçün iki xüsusi çanta hazırlanır – biri kişi, digəri qadın mükafatı üçün. Daşınma marşrutu və təhlükəsizlik detalları gizli saxlanılır.

"Qızıl top" oğurlanıb?

Xeyir, belə hala, rast gəlinməyib. Lakin 2025-ci ilin iyul ayında oğrular Platiniyə məxsus evə girərək, fransız əfsanəsinin ayrıca evdə saxlanılan təxminən 20 mükafat, kubok və medallarını oğurlayıblar. Məlumata görə, oğurlananlar arasında ən azı bir "Qızıl top" da ola bilər.

Qeyd edək ki, Platini səsvermədə üç dəfə birinci olub, ardıcıl olaraq 1983-1985-ci illərdə.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
icma.az

2Mənbələr