Bakıda hərəkət halında olan sərnişin avtobusunun təkəri partlayıb.

Bildirilib ki, hadisə bu gün saat 14:20-də, 55 nömrəli maşurut üzrə hərəkətdə olan sərnişin avtobusu Sabunçu rayonunun Asif Əsədullayev küçəsindən keçərkən qeyd alınıb.
"Avtobus hərəkətdə olan zaman ön təkəri partladı. Xoşbəxtlikdən xəsarət alan olmasa da qorxu dolu anlar yaşadıq. Daha sonra sərnişinlər avtobusdan düşürüldü. Bu xətt üzrə bütün marşrutlar köhnədir. Qorxuruq ki bir gün acı nəticələrə yol aça biləcək daha ağır hadisələr baş verə", - deyə şikayətçi vurğulayıb.