AZ

Avropa nəhəngi Elvin Cəfərquliyevə elçi düşdü SON DƏQİQƏ

ain.az, Apasport saytına istinadən bildirir.

“Qarabağ”ın futbolçusu, Azərbaycan millisinin üzvü Elvin Cəfərquliyev karyerasını ölkə xaricində davam etdirə bilər.

Apasport.az saytına etibarlı mənbədən daxil olan məlumata görə, Ağdam təmsilçisinin aparıcı oyunçusuna Fransanın “Lill” klubu elçi düşüb.

Liqa 1 təmsilçisi Cəfərquliyevi artıq altı aya yaxındır ki, izləməyə alıb.

Fransa nəhəngi millimizin üzvünü heyətinə qatmaqda israrlıdır. Belə ki, “Lill” mövsümün sonunda, ən yaxşı halda isə qış transfer pəncərəsi zamanı “Qarabağ”a təklif göndərəcək.

Qeyd edək ki, 24 yaşlı futbolçu 2019-cu il iyul ayından “Qarabağ”da çıxış edir. Onun Ağdam klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

AFFA klubları növbəti dəfə cəzalandırdı: QƏRARLAR

Adil Şükürov istefaya göndərildi - RƏSMİ

"Qəbələ" azarkeşlərinə bəd xəbər: KOMANDA EV OYUNUNU ŞAMAXIDA KEÇİRƏCƏK

Mövsümün məhsuldarlıq rekordu

Toraldan ilk, tarixdə 108-ci

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
1
apasport.az

2Mənbələr