AZ

Qusarın Laza kəndində yolu sel suları basıb – Fotolar


Qusarın Laza kəndində yolu sel suları basıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə kənd sakinləri AZƏRTAC-a bildiriblər.
Qeyd olunub ki, güclü yağışlar nəticəsində sentyabrın 22-si səhər saatlarında Laza kəndinin yuxarı hissəsində yerləşən şəlalələrdən birindən daş-palçıq qarışıqlı sel suları axıb. Sel suları kənd ərazisində piyada körpüsünü və yolu basıb. Evlərə və istirahət məkanlarına ziyan dəyməyib.
Əraziyə müvafiq dövlət qurumlarının nümayəndələri cəlb olunub və fəsadlar qısa müddətdə aradan qaldırılıb.

Seçilən
0
8
yeniavaz.com

9Mənbələr