İranın Kirman əyalətinin Rudbar Cənub şəhərində bir ailənin 5 üzvü avtomat silahdan açılan atəş nəticəsində öldürülüb.
"Cebheinfo.az" axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
İlkin məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib.
Cinayəti törədən və ya törədənlərin hadisə yerindən qaçdığı, onların saxlanılması üçün əməliyyat başlanıldığı bildirilib.
"Cebheinfo.az"