AZ

"Qızıl top" kimi olacaq?

"France Football" nəşrinin ilin ən yaxşı futbolçusu üçün təsis etdiyi "Qızıl top" mükafatının sahibi bu gün bəlli olacaq.

Bakıvaxtı.az xəbər verir ki, təqdimetmə mərasimi Fransanın paytaxtı Parisdəki Şatle teatrında keçiriləcək.

Namizədlər sırasında Usman Dembele, Canluici Donnarumma, Dezire Due, Əşrəf Hakimi, Nunu Mendeş, Joau Neveş, Fabian Ruis, Vitinya, Xviça Kvaratsxeliya (PSJ), Cud Bellinqem, Kilian Mbappe, Vinisius Junior (hamısı “Real Madrid”), Robert Levandovski, Pedri, Rafinya, Lamin Yamal (“Barselona”), Denzel Dumfris, Lautaro Martines (hər ikisi “İnter”), Harri Keyn, Maykl Olise (hər ikisi “Bavariya”), Aleksis Makallister, Vircil van Deyk, Məhəmməd Salah, Florian Virts (hamısı “Liverpul”), Deyklan Rays, Viktor Dyökereş (hər ikisi “Arsenal”), Koul Palmer (“Çelsi), Skott Maktominey (“Napoli”), Seru Qirassi (“Borussiya Dortmund”), Erlinq Holann (“Mançester Siti”) yer alıb. Ötən il bu mükafata “Mançester Siti”nin ispaniyalı yarımmüdafiəçisi Rodri layiq görülmüşdü.

Tədbirdə digər nominasiyalar üzrə də qaliblər bəlli olacaq. İlin 21 yaşa qədər ən yaxşı gənc futbolçusu adına namizədlər siyahısında Pau Kubarsi ("Barselona" / İspaniya) Joau Neveş (PSJ / Portuqaliya), Ayub Buaddi ("Lill" / Fransa), Dezire Due (PSJ / Fransa), Estevao ("Çelsi" / Braziliya), Din Heysen ("Real Madrid" / İspaniya), Maylz Lyuis-Skelli ("Arsenal" / İngiltərə), Rodriqo Mora ("Portu" / Portuqaliya) və Kənan Yıldız ("Yuventus" / Türkiyə) yer alıblar.

Ən yaxşı qapıçı üçün təsis edilən “Lev Yaşin” mükafatına namizədlər siyahısına Alisson (“Liverpul” / Braziliya), Yassin Bunu (“Əl-Hilal” / Mərakeş), Lukas Şevalye (“Lill / Fransa), Tibo Kurtua (“Real Madrid” / Belçika), Canluici Donnarumma (PSJ / İtaliya), Emiliano Martines (“Aston Villa” / Argentina), Yan Oblak (“Atletiko Madrid” / Sloveniya), David Raya (“Arsenal” / İspaniya), Mats Sels (“Nyukasl” / Belçika) və Yann Zommer (“İnter” / İsveçrə) daxildir.

İlin ən yaxşı kişi futbol klubu mükafatına namizədlər siyahısında 5 komanda yer alıb. Bunlar "Barselona" (İspaniya), "Botafoqo" (Braziliya), "Çelsi", "Liverpul" (hər ikisi İngiltərə) və PSJ-dir (Fransa).

İlin ən yaxşı məşqçisi adına isə Antonio Konte (“Napoli” / İtaliya), Luis Enrike (PSJ / İspaniya), Hans-Diter Flik (“Barselona” / Almaniya), Enzo Mareska (“Çelsi” / İtaliya) və Arne Slot (“Liverpul” / Niderland) iddia edir.

Qeyd edək ki, tədbir Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Seçilən
0
8
bakivaxti.az

9Mənbələr