Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində dəyəri 5,5 milyard ABŞ dollarından çox olan sazişlər imzalanıb.
Bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, sabah da bir sıra vacib sənədlər imzalanacaq: "Həmin sənədlər investisiya layihələrini əhatə edəcək".
Qeyd edək ki, bu gün Bakıda Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun açılış mərasimi keçirilib.Forum işini sabah yekunlaşdıracaq.
© "Report"