AZ

Azərbaycan paraüzgüçüsü Sinqapurda bürünc medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Salei (S12 kateqoriyası) Sinqapurda keçirilən dünya çempionatının ikinci günündə bürünc medal qazanıb.

Bu barədə Adalet.az-a Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib.

İdmançı 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulunda 58.17 nəticə ilə üçüncü yeri tutub.

Qeyd edək ki, R.Salei yarışın ilk günündə 100 metr məsafəyə arxasıüstə üzmə üsulunda 1:01.58 nəticə ilə qızıl medal qazanmışdı.

Seçilən
0
2
adalet.az

5Mənbələr