AZ

ABŞ səfiri: "Suriyada heç vaxt sülh olmayacaq"

ABŞ-nin Suriyadakı səfiri Tom Barrak bildirib ki, Suriya heç vaxt sülh olmayacaq.

Qaziler.az bildirir ki, bu barədə “Reuters” “Clash Report” kanalına istinadən məlumat yayıb.

"Sülh illüziyadır. Sülh heç vaxt olmayıb. Yəqin ki, heç vaxt sülh olmayacaq", - ABŞ-nin səfiri deyib.

Diplomat qeyd edib ki, regionda kimsə həmişə hökmranlıq etmək istəyir və bu o deməkdir ki, kimsə tabe olmalıdır. O əlavə edib ki, ərəb dilində “itaət etmək” sözü yoxdur. Barrak qeyd edib ki, onlar təslim olmaq fikrini başa düşə bilmirlər.

QAZİLER.AZ

Seçilən
4
qaziler.az

1Mənbələr