AZ

Dünya İqtisadi Forumu və ACWA Power ilə yeni müqavilələr imzalanıb

Azərbaycan Dünya İqtisadi Forumu ilə Assosiativ Mərkəz Tərəfdaşlıq sazişi imzalayıb.

APA-Economics” xəbər verir ki, imzalanma Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutub.

Sənədi ixracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev və Dünya İqtisadi Forumunun (WEF) Beynəlxalq Ticarət və İnvestisiyalar üzrə Siyasət və İcma rəhbəri Metyu Stivenson imzalayıb.

Eyni zamanda forum çərçivəsində Azərbaycan və ACWA Power şirkəti arasında Bilik və Təcrübə Mübadiləsi üzrə Anlaşma Memorandumu da imzalanıb.

Sənədi Su və Torpaq İslahatı Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Mir Mövsüm Dadaşev və ACWA Power şirkətinin Azərbaycan və Türkiyə üzrə ölkə rəhbəri Selim Güvən imzalayıb.

Seçilən
2
1
apa.az

2Mənbələr