AZ

Putin TƏCİLİ iclas çağırdı: Mühüm BƏYANATLAR olacaq! Daha 160 min rus CƏBHƏYƏ gedir – CANLI

Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə bir sıra mühüm bəyanatlar verəcək. Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Biz prezidentin bu gün saat 14:30-dan sonra bir sıra mühüm açıqlamalar verəcəyini gözləyirik", - Peskov bəyan edib.

Xatırladaq ki, bundan öncə avqust ayında Putin iki operativ iclas keçirmişdi – avqustun 8-i və 29-da. Birinci görüşdə təhlükəsizliklə bağlı regional siyasət məsələləri, ikinci görüşdə isə MDB ölkələri ilə iş müzakirə olunub.

Rusiyada yaz çağırışı zamanı 160 min nəfər hərbi xidmətə göndərilib. Bunu Rusiya silahlı qüvvələrinin Baş Təşkilat və Səfərbərlik İdarəsinin rəisi Vladimir Tsimlyanskiy bildirib.

Onun sözlərinə görə, orduya payız çağırışı Vahid Hərbi Qeydiyyat Reyestrindən istifadə edilməklə aparılacaq: “Payız çağırışı oktyabrın 1-dən dekabrın 31-dək davam edəcək. Uzaq Şimalın bəzi rayonları və ona bərabər tutulan ərazilərdə oktyabrın 1-dən dekabrın 31-dək davam edəcək".

Rusiya MN rəsmisi payızda hərbi xidmətə çağırışın “xüsusi hərbi əməliyyat”la bağlı olmadığını da vurğulayıb. O, eyni zamanda, Rusiyada çağırışçıların hərbi xidmət müddətinin dəyişməyəcəyini də qeyd edib: "Müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılaraq yaşayış yerlərinə göndəriləcəklər.
Çağırışçılar yalnız Rusiya daxilində birlik və hərbi birləşmələrə göndəriləcək. Çağırışçılar “xüsusi hərbi əməliyyat”ın tapşırıqlarına cəlb olunmayacaq. Payız çağırışı zamanı bildiriş üçün elektron çağırışlardan istifadə olunacaq. Rusiya vətəndaşlarının “Qosuslugi” saytındakı şəxsi hesablarına elektron çağırışlar barədə bildirişlər göndəriləcək. Elektron çağırışa 20 gündən sonra gəlməmək Rusiya vətəndaşlarına qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə nəticələnəcək”.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi hərbi ekspert Azad İsazadə ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Seçilən
1
7
musavat.com

10Mənbələr