AZ

Eynşteynin əlyazması hərraca çıxarılır İlkin qiymət açıqlandı

Yeniavaz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Məşhur alman fiziki Albert Eynşteyn tərəfindən yazılmış əlyazma ensiklopediya məqaləsi hərraca çıxarılır.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Popular Science” portalı məlumat yayıb.

Alman dilində olan bu altı səhifəlik əlyazma “Nisbilik nəzəriyyəsinin mahiyyəti” adlı məqalənin yarımçıq variantıdır.

Əlyazma əvvəlcə 1947-48-ci illərdə Eynşteyn tərəfindən hazırlanıb və daha sonra ingilis dilinə tərcümə edilib və 1948-ci ildə “The American Peoples Encyclopedia”nın eyni bölməsində nəşr edilib.

Sənəddə Eynşteynin özü tərəfindən çəkilmiş çertyojlar və yazılmış tənliklər var. O, bununla nisbilik nəzəriyyəsini həm xüsusi, həm də ümumi versiyalarda geniş auditoriya üçün izah etməyə çalışır.

Bununla belə, əlyazma yarımçıqdır. Belə ki, əlyazma cümlənin ortasını kəsilir.

Hərracı “Remarkable Rarities” hərrac evi təşkil edir və ABŞ-nin Şərq vaxtı ilə günorta saatlarında başlaması planlaşdırılır.

Bu qeyri-adi lot üçün ilkin qiymət təxminən 200 min dollardır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
yeniavaz.com

2Mənbələr