AZ

Astarada leysan nəticəsində torpaq sürüşməsi olub

Astarada güclü leysan nəticəsində torpaq sürüşməsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, cənub bölgəsində yağıntılı hava şəraiti çaylarda suyun səviyyəsini artırıb. Leysan xarakterli yağış Astara rayonunda bir sıra fəsadlar törədib. Ucqar dağ kəndlərində sel suları yollara, körpülərə zərər vurub. Niləşə kəndində isə torpaq sürüşməsi baş verib. Təqribən 100 metrə yaxın torpaq sürüşüb.

Kənd sakini Günay Ruhşanovaya məxsus həyətyani sahə torpaq altında qalıb.

Siyəkü kənd bələdiyyəsinin sədri Ramin Dədəyev bildirib ki, sözügedən ərazi meşə massividir və meşə təsərrüfatına aididdir. Vətəndaşın müraciəti əsasında həmin əraziyə baxış keçirilib və sürüşmə barədə aidiyyəti üzrə məlumat verilib.

Bələdiyyə sədri onu da bildirib ki, dağlardan gələn sel suları, irigövdəli qurumuş ağacların qol-budaqlarını, torpaq qatını gətirərək, bəzi körpülərin, suötürücü boruların qarşısını kəsib. Hazırda onların təmizlənməsi işləri görülür.

Seçilən
1
13
apa.az

10Mənbələr