AZ

Simonyan Bakıdan İrəvana qayıtdı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyan Bakıdan İrəvana qayıdıb. 

News24.az xəbər verir ki, bu barədə məlumatı “NEWS.am” yayıb. 

Bakıda forumda iştirak edən Simonyanın göyərtəsində olduğu təyyarə sentyabrın 21-də 19:00-da Bakı aeroportundan yola düşüb və 20:00-da İrəvanın “Zvarnots” hava limanında yerə enib. 

Xatırladaq ki, Ermənistan MTX A.Simonyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıda “3-cü Beynəlxalq Təhlükəsizlik Forumu”nda iştirak edəcəyi barədə məlumat yaymışdı. Simonyanın sentyabrın 19-dan 21-dək Bakıda olacağı qeyd olunmuşdu. ( Qafqazinfo )


Seçilən
24
4
news24.az

5Mənbələr