AZ

Şəkidə III MDB Oyunlarına sınaq xarakteri daşıyan bədii gimnastika yarışı keçirilib - FOTOLAR

Şəki Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 30-cu ölkə birinciliyinə yekun vurulub. SİA-nın bölgə müxbiri xəbər verir ki, III MDB Oyunları öncəsi sınaq xarakteri daşıyan yarışda ölkəmizin müxtəlif bölgələrini təmsil edən 13 klubdan 130 gimnast fərdi və qrup hərəkətləri proqramlarında bacarıqlarını nümayiş etdirib. İştirakçılar balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyaları üzrə halqa, top, lent və gürzlərlə çıxış ediblər.

İki gün davam edən yarışın nəticələri aşağıdakı kimi olub:

Balacalar yaş kateqoriyası

2017-ci il təvəllüdlülər: 1-ci yer – Leyli Qayıblı (“Ocaq Sport” Klubu), 2-ci yer – Miray Həsənəliyeva (Su İdman Sarayı), 3-cü yer – Nuray Dolçayeva (Sumqayıt OİK).

2016-cı il təvəllüdlülər: 1-ci yer – Zeynəb İsmayılova (“Ocaq Sport” Klubu), 2-ci yer – Suel Kasımova (“Ocaq Sport” Klubu), 3-cü yer – Aylin Gözəlova (“Ocaq Sport” Klubu).

2015-ci il təvəllüdlülər: 1-ci yer – Mira Özel (“Ocaq Sport” Klubu), 2-ci yer – Aminə Sadıxova (Su İdman Sarayı), 3-cü yer – Nilay Pünhanlı (“Ocaq Sport” Klubu).

Qrup hərəkətləri

Alətsiz proqram – 1 və 2-ci yerlər: “Ocaq Sport” Klubu, 3-cü yer - Abşeron OİK.

Çoxnövçülük və 5 ip proqramı – ilk üçlük: “Ocaq Sport” Klubu.

“Yeniyetmələr” və “Gənclər” yaş kateqoriyaları

Yeniyetmələr (2013–2014 il təvəllüdlülər): 1-ci yer – Amina Novruzova (BGM), 2-ci yer – Mişel Aniskina (“Ocaq Sport” Klubu), 3-cü yer – Sara Atakişiyeva (“Ocaq Sport” Klubu).

Yeniyetmələr (2012-ci il təvəllüdlülər): 1-ci yer – Gülnur Məmmədli (“Ocaq Sport” Klubu), 2-ci yer – Məryəm Baloğlanova (“Ocaq Sport” Klubu), 3-cü yer – Zəhra Tahirova (BGM).

Gənclər: 1-ci yer – Azadə Atakişiyeva (“Ocaq Sport” Klubu), 2-ci yer – Şəms Ağahüseynova (“Ocaq Sport” Klubu), 3-cü yer – Fidan Qurbanlı (Zirə Mədəniyyət Mərkəzi).

Seçilən
3
5
sia.az

6Mənbələr