AZ

Murad Arif: “Tənbəl və bədbin olmayaq, bəziləri yalnız giley-güzar, deyingənlik, lağ-lağı edirlər...”

“İdman Azərbaycan” kanalından “Formula”ya baxıram. Bakı mənzərələri, payız havası... Möhtəşəmdir! Ölkənin tanıtımı, adımızın hallanması üçün inanılmaz yatırım və dünya ictimaiyyətinin diqqətini cəlb etməyə əla fürsətdir. İnanıram ki, Azərbaycanı daha böyük uğurlar gözləyir.

 
Bunu müğənni Murad Arif bildirib.
 
O qeyd edib ki, əhalinin məşğulluq problemləri də həll olunsa, Azərbaycanın tayı-bərabəri olmaz: “Yetər ki, tənbəl və bədbin olmayaq. Düzələcək”.
 
Müğənnini mövqeyinə görə tənqid edənlərə isə belə cavab verib: “Allaha çox şükür, kimsəyə yaltaqlanacaq gündə deyiləm. Əyrini-əskiyi də məndən çox dilə gətirən yoxdur. Bəzilərini qoyalar elə yalnız giley-güzar, deyingənlik, lağ-lağı etsinlər...”
Seçilən
3
1
yenilik.az

2Mənbələr