AZ

“Azərbaycanla Türkiyə əlaqələri əbədi xarakter daşıyır“ ŞƏRH OLUNDU

ain.az bildirir, Sia Az saytına əsaslanaraq.

“Azərbaycan-Türkiyə əlaqələri iki ölkə və region üçün xüsusi strateji əhəmiyyət daşıyır və böyük regional əhəmiyyətə malikdir. Regionda əsas enerji və nəqliyyat bağlantıları məhz Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçirilir. Türkiyə bu gün NATO üzvü kimi regional sabitliyin bərqərar olunmasında önəmli ölkələrdən hesab olunur və Azərbaycanla müstəsna əlaqələrə malikdir. Azərbaycanla Türkiyə əlaqələri əbədi xarakter daşıyır, sarsılmazdır və dönməzdir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

O bildirib ki, iki ölkə arasında imzalanmış Şuşa bəyannaməsi ölkələrimiz arasında təhlükəsizlik və müdafiə sahəsində önəmli bir saziş hesab olunur və qarşılıqlı dəstəyi ehtiva edir: “Şuşa bəyannaməsi ilə Türkiyənin Azərbaycanla strateji müttəfiqliyinin əsasları daha da möhkəmlənmiş oldu. İki qardaş ölkə olan Türkiyə və Azərbaycan Türk dünyasının güclənməsi və Türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı baxımından önəmli regional aktorlar sayılır. Bu gün Zəngəzur dəhlizi vasitəsi ilə Naxçıvanla Azərbaycanı birləşdirəcək və Türkiyə ilə Azərbaycanı birləşdirəcək quru nəqliyyat əlaqəsinin bərpa olunması həm hər iki dövlət, eyni zamanda region üçün çox böyük əhəmiyyət daşıyır. Azərbaycanın Naxçıvan vasitəsi ilə Türkiyə ərazisinə çıxışı bölgənin rifahı və sabitliyi, Şərq-Qərb enerji və nəqliyyat dəhlizi baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu əlaqə vasitəsi ilə nəhayət Türkiyə vətəndaşları Azərbaycana, Azərbaycan vətəndaşlarının Türkiyəyə birbaşa quru yol vasitəsi ilə əlaqəsi bərpa olunmuş olacaq. Eyni zamanda bu imkan verəcək ki, Türkiyə ilə Azərbaycan arasında iqtisadi-ticari əlaqələr quru yol vasitəsi ilə daha da genişlənsin.

Bir sözlə, Türkiyə Azərbaycanın bölgədə ən etibarlı tərəfdaşıdır, eyni zamanda qlobal miqyasda və Azərbaycanın dünya gücləri və beynəlxalq təşkilatlarla əlaqələri çərçivəsində iki dövlət bir-birinin maraqlarını müdafiə edir. Azərbaycanla-Türkiyə arasında əlaqələr hər nə qədər genişlənərsə bu eyni zamanda Orta Asiya ölkələri, uzaq Şərq və Qərb dövlətləri arasında bağlantıların qurulması nöqteyi nəzərdən mühüm bir bölgəyə çevrilmiş olar. Bütün bunlar isə onu göstərir ki, Türkiyə və Azərbaycan əlaqələri təkcə bölgə xalqlarının rifahına deyil, daha da geniş arialda ölkələr arasında yaxınlaşmaya töhfə verir. Türkiyə və Azərbaycanın iştirakı ilə bölgədə hələ yeni iqtisadi, enerji, ticarət, nəqliyyat və mədəni əlaqələrin genişlənməsi qarşıda duran əsas hədəflərdəndir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
sia.az

2Mənbələr