"Səbail" klubu heyətini gücləndirməyə davam edir.

Offsideplus.az xəbər verir ki, "dənizçilər" Momo Sako ilə razılığa gəlib. Malili futbolçu ilə bir mövsümlük müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, son olaraq Portuqaliyanın "Vilaverdense" klubunun formasını geyinib.

23 yaşlı yarımmüdafiəçi 5 nömrəli forma altında çıxış edəcək.