AZ

ETX nümayəndələri “Regional Kibertəhlükəsizlik Həftəsi 2025” də iştirak ediblər


Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndələri 15-19 sentyabr tarixlərində Mərakeş Krallığının Rabat şəhərində keçirilmiş “Regional Kibertəhlükəsizlik Həftəsi 2025”-də iştirak ediblər. Tədbir çərçivəsində ETX-nin Beynəlxalq əməkdaşlıq sektorunun aparıcı mütəxəssisi Elşad Haşimov və Kibertəhlükəsizlyinin idaredilməsi sektorunun aparıcı məsləhətçisi Rüstəm Müzəffərov kibertəhlükəsizlik sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də əməkdaşlığın gücləndirilməsi məqsədilə müxtəlif görüşlərdə, həmçinin yeni təhdidlər və onların qarşısının alınması istiqamətində müzakirələrdə iştirak ediblər. Onlar tədbir çərçivəsində təşkil edilmiş 13-cü Regional "CyberDrill" və digər kiber yarışlara da qatılıblar.
Qeyd edək ki, Regional Rabitə Birliyinin (RCC) təşkil etdiyi tədbir Mərakeşdə İnformasiya Sistemlərinin Təhlükəsizliyi Baş İdarəsinin (DGSSI) tərəfdaşlığı, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), OIC-CERT və FIRST təşkilatları ilə əməkdaşlıq çərçivəsində baş tutub. “Dayanıqlı İqtisadi İnkişaf üçün Rəqəmsal Suverenlik” mövzusuna həsr olunmuş tədbirin əsas məqsədi kibertəhlükəsizlik sahəsində regional əməkdaşlığın gücləndirilməsi, kritik infrastrukturun mühafizəsi və rəqəmsal suverenlik prinsipləri əsasında davamlı iqtisadi inkişafın təmin olunmasıdır.

Seçilən
0
4
baki-xeber.com

5Mənbələr