AZ

Yeni cərimələr gəlir: XƏBƏRDARLIQ

Yenisabah portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yeni "brutto müqavilə" modeli ilə keyfiyyət standartlarına əməl etməyən daşıyıcılar cərimələnəcək, hətta müqavilənin birbaşa ləğv etmək də mümkün olacaq.

"APA-Economics" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə həsr edilən brifinqdə deyib.

O bildirilib ki, indiyə kimi AYNA-nın əlində daşıyıcıları keyfiyyətə görə tənbeh eləmək üçün mexanizm olmayıb: Dördpendirli pizza

"Hazırda əsas çətinliklərdən biri sərnişindaşıma xidmətinin keyfiyyətinə görə daşıyıcıların məsuliyyətə cəlb olunması üçün mövcud hüquqi mexanizmlərin yetərli olmamasıdır. Ancaq yeni yanaşma – "brutto müqavilə" modeli məhz bu boşluğu dolduracaq. Bu mexanizm sayəsində daşıyıcıların fəaliyyətinə gündəlik nəzarət ediləcək, keyfiyyət standartlarına əməl olunmadıqda isə cərimə və ya müqavilənin ləğvi kimi təsirli tədbirlər görüləcək. Beləliklə, sərnişinlərin rahatlığı və təhlükəsizliyi birbaşa təmin olunacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
4
yenisabah.az

5Mənbələr