ain.az bildirir, Idman.biz portalına istinadən.
AFFA İntizam Komitəsi MOİK klubunun futbolçusu Samir Məhərrəmlini 3 oyunluq cəzalandırıb.
İdman.biz xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.
Məhərrəmli I Liqanın II turunda keçirilən “Şimal” - MOİK oyununda (90+4-cü dəqiqə) təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq diskvalifikasiyaya məruz qalıb.Qeyd edək ki, bundan əlavə klub 900 manat məbləğində cərimələnib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.