AZ

AFFA klubları növbəti dəfə cəzalandırdı: QƏRARLAR

ain.az xəbər verir, Apasport saytına əsaslanaraq.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, yığıncaqda I Liqa və Əvəzedicilər Liqasının matçları müzakirə olunub.

Tədbirdə aşağıdakı qərarlar verilib:

18.09.2025-ci il tarixində I Liqada II turun “Şahdağ Qusar” – “Baku Sportinq” oyununda “Baku Sportinq” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Baku Sportinq” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

18.09.2025-ci il tarixində I Liqada II turun “Difai” – “Səbail” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

18.09.2025-ci il tarixində I Liqada II turun “Şimal” – MOİK oyununun 90+4-cü dəqiqəsində MOİK komandasının 7 nömrəli futbolçusun Samir Məhərrəmli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalansın, MOİK komandası 900 manat cərimə edilsin (maddə 45.1);

20.09.2025-ci il tarixində Əvəzedicilər liqasında V turun “Sumqayıt-2” – “Zirə-2” oyununda “Sumqayıt-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt-2” komandası 70 manat cərimə edilsin (maddı 43.1);

20.09.2025-ci il tarixində Əvəzedicilər liqasında V turun “Sumqayıt-2” – “Zirə-2” oyununun 69-cu dəqiqəsində “Sumqayıt-2” komandasının 87 nömrəli futbolçusu Nurlan Zeynallı ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Sumqayıt-2” komandası 100 manat cərimə edilsin (maddə 44.1);

20.09.2025-ci il tarixində Əvəzedicilər liqasında V turun “Araz-Naxçıvan-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Qarabağ-2” komandası 70 manat cərimə edilsin (maddı 43.1);

21.09.2025-ci il tarixində Əvəzedicilər liqasında V turun “Sabah-2” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qəbələ-2” komandası 70 manat cərimə edilsin (maddı 43.1);

21.09.2025-ci il tarixində Əvəzedicilər liqasında V turun “Şamaxı-2” – “Kəpəz-2” oyununun matçöncəsi iclasında “Kəpəz-2” komandasının nümayəndəsi iştirak etmədiyinə görə “Kəpəz-2” komandası 150 manat cərimə edilsin (maddə 99, 94, 58.1).

Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.

“Sabah” və “Şamaxı”dan qələbə

Saşa İliç: "Neftçi" Azərbaycanın ən böyük klublarından biridir”

Millimizin III MDB Oyunları üçün heyəti açıqlanıb

Samir Abasov: "Səni istəməyənlər, "Neftçi"ni istəməyənlər..."

“Neftçi” tilsimi qırdı: Mövsümdə ilk qələbə - YENİLƏNİB

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
2
apasport.az

3Mənbələr