AZ

Ərdoğan Nyu-Yorkda Trampla görüşdə müzakirə olunacaq məsələləri açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün ABŞ-yə səfər edib.

Far.Az "TRT Haber"ə istinadən xəbər verir, Türkiyə dövlət başçısı jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Trampla görüş keçirəcəyini və buna xüsusi önəm verdiyini bildirib:

"Trampla görüşlərimiz olacaq. Bizim üçün Orta Şərqdə atılacaq hər addım həyati əhəmiyyət daşıyır. Bu görüşlər çox önəmlidir".

Ərdoğan Suriya və digər regional məsələlərə də toxunub.

"Suriya Prezidenti Əhməd əş-Şaraa ilə ikitərəfli görüşlərimiz var. Trampla bununla bağlı da müzakirələr aparacağıq. Çünki bu, birbaşa regionu maraqlandırır", - deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, Ərdoğanın Donald Trampla görüşü sentyabrın 25-də Vaşinqtonda Ağ Evdə baş tutacaq.

Görüş zamanı ticarət əlaqələri, qlobal məsələlər və hərbi əməkdaşlıq müzakirə ediləcək.

Seçilən
8
1
far.az

2Mənbələr