AZ

Sülh sazişindən sonra regiona investisiyalar artacaq Brayza

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan–Ermənistan sülh sazişi imzalandıqdan sonra regiona investisiyalar artacaq.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza (2010-2012) Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan öz qarşılıqlı əlaqələrini inkişaf etdirərək öz müstəqilliyini və təhlükəsizliyini daha da gücləndirir:

“Azərbaycan 27 il ərzində çox dəyişib. Mən o dövrlər hava limanından keçəndə ancaq yol, yanacaqdoldurma məntəqəsi görmüşdüm. Bu dəfə gələndə isə hər şey tamamilə dəyişib. Azərbaycanda 1994-cü ildən qəbul edilən qərarlara diqqət yetirin. Azərbaycan xarici investorları ölkəyə cəlb etdi”.

M.Brayza əlavə edib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra regiona investisiyalar artacaq:

“Zəngəzur dəhlizi də bölgə üçün əhəmiyyət daşıyır. Çünki böyük potensialı var”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
globalinfo.az

2Mənbələr