AZ

Anar Rzayev: Bəzi avtobuslara nağdsız ödəniş aparatları fiziki olaraq yerləşmir

"Sərnişin daşımalarında elə avtobuslar var ki, nağdsız ödəniş aparatları fiziki olaraq yerləşmir. Hazırda lazımdır ki, operatorlar yeni avtobuslar alsınlar. Müsabiqə keçirək, operator udsun və sərnişindaşımaya cəlb olunsun. Bu isə zaman tələb edir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib.

O ictimai nəqliyyatda “tarif menyu”sunun tətbiqi məsələsinə də aydınlıq gətirib:

"Yəni, bir xətt üzrə müəyyən zaman kəsiyində bir neçə marşrutdan istifadə, aylıq və illik paketlərin tətbiqi buna aid ola bilər. Xarici təcrübədə bu geniş yayılıb. Azərbaycanda sistemin tətbiq edilməsi üçün tam nağdsız ödənişlərə keçidi zəruridir. Bu sistem tamamilə elektron olmalıdır ki, hər hansı bir vətəndaş aylıq və ya aylıq paket alırsa, sistem onu tanıya bilsin. Əks halda bir nəqliyyat vasitəsi bileti tanıyacağı halda digəri elektron sistemə keçmədiyi üçün tanımayacaq”.

Seçilən
0
1
bakivaxti.az

2Mənbələr