AZ

Azər Aydəmir Gürcüstana bu səbəbdən gedibmiş - FOTOLAR

 
"Hər zaman kino nümayəndəsi kimi məni maraqlandıran suallardan biri də 100 illik kino tariximizdə qonşu Gürcüstanla niyə film sahəsində əməkdaşlığımız, ortaq layihələrimiz olmayıb?! Təbii ki, bir-iki aktyorun Azərbaycan kinosunda çəkilməsi faktı istisna olaraq..."
 
Musavat.com xəbər verir ki, bu sözləri aktyor-ssenarist Azər Aydəmir sosial şəbəkədə yazıb.
 
O, GÜrcüstana işgüzar səfərə getdiyini açıqlayıb:
 
"Körpülərin bərpa edilməsi ümidi ilə, ARKA nümayəndə heyətinin Gürcüstan səfəri baş tutdu. Bu səfər gələcək əməkdaşlıqlar üçün yeni körpülərin qurulmasına imkan yaratdı.
 
Səfər çərçivəsində "Georgia Film" kinostudiyasında görüşlər keçirildi, Kino Mərkəzinin binası ziyarət edildi. Film və animasiya sahəsində gənc startaplara dəstək göstərən gənclər təşkilatı ilə əməkdaşlıq imkanları müzakirə olundu. Bundan əlavə, regionun ən böyük studiyalarından biri olan "Silk Road Production"ın texniki infrastrukturu ilə yaxından tanışlıq oldu və rəhbərliklə fikir mübadiləsi aparıldı.
 
P.S. Asudə vaxtımızda isə elə yerində mən tərəfdən fikirləşilən və gürcü film prodüserləri tərəfindən məqbul dəyərləndirilən bir film ideyası müzakirə olundu. Şəkillər arasında Aİ ilə yığılan "Tiflisdə 3 gün" romantik komediyasının posterini görə bilərsiniz. Bəlkə də, qismət". 
 
Könül
Musavat.com 


azer
azer
azer
 
Seçilən
4
1
musavat.com

2Mənbələr