AZ

Ərdoğan: Trampla görüşümüzdə Yaxın Şərq əsas mövzulardandır

Ərdoğan: Trampla görüşümüzdə Yaxın Şərq əsas mövzulardandır

ABŞ prezidenti Donald Trampla görüşümüzdə Yaxın Şərq çox vacib mövzudur.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Jurnalistlərlə söhbətində Türkiyə prezidenti deyib: "Regionla bağlı məsələlər, xüsusilə Suriya müzakirə olunacaq. Yaxın Şərqdə atılan hər addım bizim üçün həyati əhəmiyyət daşıyır. Təbii ki, bunu cənab Trampla müzakirə etməliyik. Bu çox vacibdir".

O, həmçinin qeyd edib ki, BMT Baş Assambleyası çərçivəsində Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şəraa ilə görüşü planlaşdırılıb. Görüş Nyu-Yorkda keçiriləcək.

Ərdoğan 25 sentyabrda Vaşinqton səfəri çərçivəsində Trampla ikitərəfli məsələlər, müdafiə əməkdaşlığı və hərbi təchizat, eləcə də beynəlxalq gündəlikdəki əsas mövzular – Fələstin, Suriya və İsrailin regiondakı fəaliyyəti barədə danışmağı planlaşdırır.

Seçilən
1
afn.az

1Mənbələr